Meymunçiçəyi virusu yayılmağa davam edir - Bu ölkədə ilk yoluxma qeydə alındı

Meymunçiçəyi virusu yayılmağa davam edir - Bu ölkədə ilk yoluxma qeydə alındı
DÜNYA
11:38 01.06.2022
421
Sürətlə yayılan meymunçiçəyi xəstəliyi daha bir ölkəyə çatıb.

AZXEBER.COM xəbər verir ki, Macarıstanda ilk meymunçiçəyi virusunun 38 yaşlı kişidə aşkar edildiyi bildirilib.

Bununla bağlı Macarıstan Səhiyyə Xidmətlərinin direktoru Sesiliya Müller açıqlama verib.

Xəstədən götürülən nümunə üzərində aparılan müayinələr nəticəsində ona meymunçiçəyi diaqnozunun qoyulduğu qeyd edilib. Xəstə ilə bağlı digər araşdırmaların davam etdiyi də bildirilib.

Müller həmçinin xəstəliyin 2-4 həftə davam etdiyini, yoluxmuş insanların təcrid olunmalı olduğunu da əlavə edib.

Qeyd edək ki, adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət, qaşınma və qabarcıqlara səbəb olur. Virus artıq dünyanın bir neçə ölkəsində yayılıb.
 
Aydın
OXŞAR XƏBƏRLƏR