Meymunçiçəyinə görə bu şəhərlərə meymun gətirmək QADAĞAN EDİLDİ

Meymunçiçəyinə görə bu şəhərlərə meymun gətirmək QADAĞAN EDİLDİ
DÜNYA
12:03 26.05.2022
558
İraqda meymunçiçəyi virusuna görə bəzi şəhərlərə meymunların gətirilməsi qadağan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, meymunçiçəyi virusu günü-gündən yayılmağa davam etdiyi üçün ölkələr müxtəlif tədbirlər görür.

Belə ki, İraqda meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsi qadağan olunub, Bəsrə şəhərində isə bununla bağlı xüsusi komissiya yaradılıb.

Zikar Baytarlıq Xəstəxanasından verilən açıqlamada heyvanların, xüsusilə meymunların şəhərə gətirilməsinin qadağan edildiyi bildirilib. Eyni zamanda, görülən tədbirlər çərçivəsində meymunları bəsləyənlərdən meymunlarını baytar həkimə müayinə etdirmələri istənilib.

Qeyd edək ki, İraqda bu günə qədər meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb.
 
Aydın
OXŞAR XƏBƏRLƏR