Meymunçiçəyinin adı dəyişdiriləcək: Mpox olacaq

MARAQLI
12:16 02.12.2022
283
Epidemiya başlayandan bəri, xüsusilə, internetdə irqçi ifadələrin işlədildiyini bildirən ÜST virusun adının dəyişdiriləcəyini bildirib.

AZXEBER.COM xəbər verir ki, virusun adının "Mpox” olacağı qeyd edilib.

Virusun adının dəyişdirilməsi üçün beynəlxalq sağlamlıq mütəxəssisləri ilə bir müddət məsləhətləşdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu haqda məlumat yayıb.

Bildirilib ki, təşkilat üzv dövlətlərə irqçi və damğalayıcı ifadələrdən qaçmaq üçün meymunçiçəyi xəstəliyinin adını "Mpox” adlandırmağı tövsiyə edib.

Aydın

OXŞAR XƏBƏRLƏR