05:31 Cümə, 24 Yanvar 2020
SOSİAL

Meyvəli bazardakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

18:25, 17.07.20192590
Meyvəli bazardakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı
Bazarda zəhərlənənlər satıcı olublar".

Bu barədə açıqlamasında zəhərlənənlərin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O bildirib ki, satıcılar səyyar satıcıdan aldıqları yuxada olan soyutma yumurtadan zəhərləniblər: "Zəhərlənmə hər birində özünü müxtəlif müddətdən sonra göstərməyə başlayıb. Belə ki, 3 xəstə bu gün saat 12 radələrində, 1 xəstə təxminən 1 radələrində, bir xəstə isə saat 2-ə qalmış şöbəyə qəbul edilib”.

G.Babayeva əlavə edib ki, zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir: "Təxminən 10 dəqiqə əvvəl 3 nəfər ərizə yazaraq bildiriblər ki, vəziyyətləri yaxşıdır və evlərinə yollanıblar. 2 nəfər isə hazırda şöbədədirlər. Onlar da gec gələnlərdir və vəziyyətləri stabildir. Yəgin ki, onlar da bir neçə saat sonra buradan ayrılacaqlar”.
 
lent.az

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ