Meyvezer Nurməhəmmədovun təklifini qəbul etdi - "Pulları hazırlayın"

Meyvezer Nurməhəmmədovun təklifini qəbul etdi - "Pulları hazırlayın"
İDMAN
11:44 16.10.2018
2011
UFC çempionu Həbib Nurməhəmmədov sabiq boksçu Floyd Meyvezeri döyüşə çağırmışdı.

Floyd onun çağırışını qəbul edib. O, "Tvitter"də belə yazıb:

"CBS, Showtime və MGM Grand - pulu hazırlayın. Həbib mənə çağırış edib".

Baş tutacağı təqdirdə, döyüşün MMA qaydaları ilə keçiriləcəyi bildirilir. 41 yaşlı Floyd keçirdiyi 50 döyüşün hamısında qalib gəlib.

Ondan 10 yaş kiçik olan Həbib də 27 döyüşün heç birində məğlub olmayıb.
 
///komanda.az
OXŞAR XƏBƏRLƏR