Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb

Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb
MAQAZİN
16:52 02.06.2025
369
"Mən Kərimdə olan avazı bu günə qədər heç bir meyxanaçıda görməmişəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Afaqla 10lar" verilişində meyxana ustadı Ağamirzə Məmmədov deyib.
 
O, uzun zamandır yataq xəstəsi olan həmkarı Kərimin son vəziyyətini də açıqlayıb:
 
"Mən fəxr edirəm ki, Kərim kimi bir insan ilə neçə illər çiyin-çiyinə bu sənət meydanında olmuşam. Birlikdə çox meyxanalar demişik. İndi isə yataqda qalıb, yalnız uzanıqlı vəziyyətdədir. Oturta, dura, gəzə, demək olar ki, danışa da bilmir. Yanında danışdıqlarımızı da yaxşı başa düşmür. Ümidimiz yalnız Allaha qalıb. Hər dəfə yanına gedəndə deyirəm Kərim gəlmişəm, 10-15 dəfə deyəndən sonra bəlkə başa düşər. Allah bütün xəstələrə şəfa versin".
 
Aysel
OXŞAR XƏBƏRLƏR