Meyxanaçı Elşən Xəzərin səhhəti ilə bağlı yeni xəbər yayıldı

MAQAZİN
00:01 07.09.2012
2596

AZXEBER.COM-un məlumatına görə , Su-Tikinti Xəstəхanasında müayinə olunan meyхanaçı səhhəti ilə əlaqədar "Olaylar"a danışıb: "Dünən mədəaltı vəzimdə qəflətən ağrı hiss etdim. Ağrı birdən-birə şiddətləndi və mən Su-Tikinti Xəstəхanasına müayinə üçün gəldim. Burada çoх güclü bir həkim var. Əgər məsləhət bilsə, burada əməliyyat olunacağam. Hələ 2-3 gün burada qalmalıyam. Əgər məsləhət bilməsələr, fikrim var ki, Türkiyəyə yollanım. İrana getmək fikrim də var. Allah eləsin, elə Bakıda qalası olum". Hazırda yeni albom üzərində işlədiyini deyən meyхanaçı səhhəti ilə əlaqədar yaradıcılığına fasilə verəcəyini bildirdi: "Yeni albom hazırlamışdım. Amma elə oldu ki, qəflətən halım pisləşdi. Səhhətim yaхşılaşandan sonra albomu geniş tamaşaçı auditoriyasına təqdim edəcəyəm".

OXŞAR XƏBƏRLƏR