"Mən kiminsə oyuncağı deyiləm ki, onun dedikləri ilə hərəkət edim. Vüqarı toyda görmək mənim üçün sevindiricidir. Nə üçün onu toydan çıxartdırmalıyam?"
AZXEBER.COM xəbər verir ki, bunu meyxanaçı Pərviz Bülbülə "Rəngarəng" verilişində deyib.
O, həmkarı ilə arasında yaranan anlaşılmazlığa aydınlıq gətirib:
"Vüqarın olduğu yerdə mənə başqa meyxanaçı maraqlı deyil. Mən onun fanatı olmuşam, sənətə onu dinləyərək gəlmişəm. Onunla səhnədə dayanmaq fəxarətlidir. Heç vaxt olmayıb ki, Vüqarın olduğu toydan mən geri qayıdım. Ona yalnış məlumat vermişdilər. Mən kiminsə oyuncağı ya da işçisi deyiləm ki, onun dedikləri ilə hərəkət edim. Vüqarı toyda görmək mənim üçün sevindiricidir. Nə üçün onu toydan çıxartdırmalıyam?".
Aysel









































