Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib

Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib
Siyasət
10:20 09.08.2024
144
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun Müstəqil Media Mərkəzinə baxış keçirib.

AZXEBER.COM xəbər verir ki, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar mərkəzdəki şəraitlə yaxından tanış olan sədr Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib.

O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Mərkəzin təkmil fəaliyyətinə dair təəssürat və tövsiyələrini bölüşən MSK sədri qeyd edib ki, layihənin başlıca məqsədi seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.

M.Pənahov tanışlıq zamanı həmçinin Mərkəzdə çalışan jurnalistlərlə söhbət edib və onların fikirlərini dinləyib.

Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə köməklik göstərilməsi, hərtərəfli əlverişli şərait və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçkilərlə əlaqədar yeni fəaliyyətə başlayan "Seçki-2024” Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.

Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir. Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər paylaşılır.

"Seçki-2024” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Telefon: (+99412) 493-93-98

Ünvan: "Hilton” hoteli, 3-cü mərtəbə, "ONYX" zalı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır
Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirir
16:10 25.04.2025
Putin Kremldə Trampın xüsusi nümayəndəsi ilə görüş keçirir
Kapital Bank-dan çağırış: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
16:01 25.04.2025
Kapital Bank-dan çağırış: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir