Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərində səsvermə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, MSK sədri Məzahir Pənahov həmin məlumatların yoxlandığını, heç birinin təsdiqini tapmadığını söyləyib.
MSK sədri deyib ki, sosial şəbəkələrdə qeyd olunan məntəqələrdən biri ilə bağlı ünvan belə həqiqəti əks etdirməyib.