Azxeber.com milli.az-a istinadən bildirir ki, Argentinanın paytaxtı Buenos-Ayresin sakini olan qadın ərinin dəfn olunduğu məzara son vaxtlar çox tez-tez baş çəkirdi. Məzar Argentinanın şimal-şərq vilayəti Misyonesin Dos de Mayo şəhər qəbristanlığındadır. Sonucda qadın həmin qəbristanlıqda yaşamağa qərar verib. O, 2010-cu ildə 28 yaşında intihar etmiş ərinin məzarının üstündə kiçik otaq tikdirib. Məzarın ətrafında mebel, kiçik soba, hətta internetə qoşulmaq üçün modem də var. Yerli polis komissarı Qustavo Braqanza deyir: "Qəbristanlıqda yaşayan qadın diqqətimizi cəlb etdi. Oraya gedəndə qadın bizi əynində pijama ilə qarşıladı. Onun otağında televizor və kompüter vardı. Ortada da məzar". Adriana davranışını mərhum ərinə sonsuz sevgisi ilə izah edir.