Braziliyada qəbiristanlıq işçilərinin eşitdiyi qışqırıqlar dəhşətli hadisənin üstünü açıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qan izlərinin tapıldığı məzarda 36 yaşlı qadın diri-diri basdırılmış vəziyyətdə tapılıb.
Sağ-salamat çıxarılan və dərhal tibbi yardıma alınan qadının başından xəsarət aldığı və bədənində kəsiklər olduğu müəyyən edilib.
Müalicə olunan qadının barmaqlarını itirmək riski olduğu bildirilib.
Hadisə ilə bağlı 20 və 22 yaşlı 2 nəfər həbs edilib.
Şəxslərin əvvəllər də silah və narkotik qaçaqmalçılığı cinayətlərinə görə həbs olunduqları üzə çıxsa da, polis hadisə ilə bağlı üçüncü şəxsi axtardıqlarını bildirib.
Ayşən