Daha bir azərbaycanlı “Microsoft”un Ən Dəyərli Mütəxəssisi (MVP — Most Valuable Professional) yüksək adına layiq görülüb.
AZXEBER.COM İnfocity.az saytına istinadən xəbər verir ki, Fərhad Kərimov bu ada “Microsoft” məhsulları üzrə texniki təcrübə və real biliklərini başqaları ilə bölüşən müstəqil birlik liderlərinə minnətdarlıq əlaməti olaraq layiq görülüb.Bu, korporasiyanın texniki birliklərin dəstəklənməsi və zənginləşdirilməsi üzrə öhdəliklərinin bir hissəsidir.Təqribən 20 il əvvəl 37 texniki birlik lideri MVP titulunu qazanıb. Bu gün onların sayı 4000-ni ötüb. Bu mütəxəssislər 90 ölkəni təmsil edir, 40-dan çox dildə danışır, ildə 10 milyard sualı cavablandırırlar. Onların hamısı “Microsoft” texnologiyaları sahəsində 90 müxtəlif titul ilə mükafatlandırılıb.MVP laureatları “Microsoft” məhsullarının dərin biliklərinə sahibdirlər və bu məhsullardan əksəriyyətinin dünya üzrə necə istehsal olunduğunu bilirlər.“Microsoft” korporasiyası MVP-ları öz texniki resursları ilə təmin edir və mükafatlandırıldıqları il ərzində onların birliklərinin texnologiyaların yaxşılaşdırılmasına verdiyi töhfələri dəstəkləmək məqsədi ilə məhsullar üzrə komandalara daxil olmağa dəvət edir.