"Microsoft" şirkəti İsrailin Qəzzaya hücumlarında şirkətin texnologiyasından istifadə edildiyi iddialarına etiraz edən iki əməkdaşını işdən azad edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət açıqlamasında onların qaydaları ciddi şəkildə pozduğunu, şirkətin prezidentinin ofisinə qanunsuz daxil olduqlarını bildirib.
Şirkət rəsmiləri proqram mühəndisləri Riki Fameli və Anna Hattlenin işdən çıxarıldığını təsdiqləyib.
İsrailə qarşı Vaşinqtonda etiraz aksiyası keçirilib.
Şirkətin mövcud və sabiq əməkdaşları, aktivistlər və yerli sakinlər aksiyada iştirak ediblər.
Qeyd edək ki, polis aksiyaya müdaxilə edib və şirkətin ofisində etiraz edən 7 nəfəri saxlayıb.
Gülay