"Microsoft" tərəfindən hazırlanmış ChatGPT-yə bənzər süni intellekt aləti noyabrın 1-dən etibarən Office proqramlarında yerini alacaq.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, "Microsoft 365 Copilot" adlı alət e-poçt qaralamaları yarada biləcək və həmçinin saniyələr ərzində yeni sənədlər, qrafiklər və Powerpoint təqdimatları hazırlaya biləcək.
"Microsoft"dan bildirilib ki, yeni süni intellekt köməkçisi tədbirlərdə qatıla biləcək və bununla da işçilərin əziyyəti azalacaq.
Aysel