"Ümid edirik ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına ciddi yanaşacaq" - Deputat

"Ümid edirik ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına ciddi yanaşacaq" - Deputat
SİYASƏT
14:02 09.01.2025
358
"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı qeyd etdiyi "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsi bir daha təsdiq edir ki, Azərbaycan bu yolda öz qətiyyətini tam ortaya qoyub. Prezidentin iradəsi qarşısında heç bir xarici qüvvə tab gətirə bilməyəcək. Hazırkı vəziyyət Azərbaycanı qane etmirsə, deməli hər bir halda biz regiondakı vəziyyəti mütləq şəkildə öz xeyrimizə dəyişməliyik. Həqiqətən doğma torpağımız olan Naxçıvana müxtəlif yollarla getməyimiz bizi qane edə bilməz. Bu baxımdan Zəngəzur dəhlizi bizim üçün prioritet yerini tutmaqdadır”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" tezisinə münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün heç bir təhlükə yaratmayacaq:
 
"Bu bir reallıqdır ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün heç bir təhlükə yaratmır. Bu məsələ 10 noyabr bəyanatında da öz əksini tapıb. Açıq-aşkar qeyd olunub ki, bu dəhliz açılmalıdır. Düzdür, Azərbaycan hələlik bu məsələdə də öz səbr və təmkinini saxlayır. Ancaq bu da bir yerə qədərdir. Hələlik biz danışıqlar yolu ilə bu məsələni bitirməyi düşünürük. Ümid edirik ki, Ermənistan da regionda sülhün bərqərar olmasını istəyirsə bu məsələyə ciddi yanaşmalı və üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Çünki sülh prosesində bu amilin də böyük rolu var. Bu gün Ermənistanın silahlanması xarici havadarlara arxayın olaraq hansısa xülyalara düşməsi regiondakı gərginliyi yenidən artıra bilər. Bu bir reallıqdır ki, cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin
16:38 31.07.2025
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin