“Ümid edirik ki, yaxın gələcəkdə Rusiyada Xocalı soyqırımına siyasi qiymət veriləcək” - Leyla Əliyeva

SİYASƏT
16:47 30.09.2014
1013
“Ümid edirik ki, yaxın gələcəkdə Rusiyada Xocalı soyqırımına siyasi qiymət veriləcək”.
Rusiya Azərbaycanlı Gəncləri Birliyinin (RAGB) “Dialoq və razılıq” V konfransının gedişatında, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva yaxın zamanlarda Rusiyada Xocalı faciəsinə siyasi qiymətin veriləcəyinə ümid etdiyini bildirib.
AZXEBER.COM bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.
“Azərbaycan üçün tolerantlıq – həyat tərzidir, normadır, nailiyyət deyil. Bizim nailiyyətlərimiz – son illərdə gücləndirilmiş iqtisadiyyat, Rusiya ilə möhkəmlənən əlaqələr, eləcə də rus dilinə göstərilən böyük diqqətdir: 16 000 nəfər rus dilində təhsil alır, ölkədə M.V.Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir. İdmanın inkişafına dair səylərdən danışmamaq mümkün deyil, onların sayəsində Bakıda ilk dəfə Avropa Oyunları keçiriləcək. Bütün bunlarla yanaşı Azərbaycan ərazisinin 20%-nin işğal altında olduğunu unutmaq olmaz”, - Leyla Əliyeva vurğulayıb.
“Bununla əlaqədar biz ümid edirik ki, Rusiyada yaxın gələcəkdə Xocalı soyqırımına siyasi qiymət veriləcək, qaçqınlar isə öz evlərinə qayıdacaqlar”, - o bəyan edib.
OXŞAR XƏBƏRLƏR