MİDA-da yaşayan sakinləri sevindirəcək xəbər

MİDA-da yaşayan sakinləri sevindirəcək xəbər
SOSİAL
00:26 02.09.2026
125
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC yaşayış komplekslərində liftlərin təmiri, ehtiyat hissələri ilə təmin edilməsi və servis xidmətlərinin göstərilməsi ilə bağlı satınalma elan edib.

Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 170 min 427 manat 32 qəpik təşkil edir.

Layihə çərçivəsində yaşayış komplekslərində 545 liftə texniki xidmət göstərilməsi nəzərdə tutulur.

Xidmətlər zamanı liftlərin idarəetmə stansiyaları və giriş qurğuları yoxlanılacaq, elektrik məftilləri və kontaktların vəziyyətinə nəzarət ediləcək. Həmçinin əyləc sistemlərinə texniki baxış keçiriləcək, onların təmizlənməsi və sazlanması həyata keçiriləcək.

Görüləcək işlər nəticəsində liftlərin texniki vəziyyətinin yaxşılaşdırılması, nasazlıqların vaxtında aşkarlanaraq aradan qaldırılması və yaşayış komplekslərində sakinlərin daha təhlükəsiz və fasiləsiz lift xidmətindən istifadə etməsi gözlənilir.

/Baku.ws
OXŞAR XƏBƏRLƏR