MIDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək

MIDA Hövsanda yeni yaşayış kompleksi inşa edəcək
SOSİAL
10:12 14.09.2020
452
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AZXEBER.COM vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qalib şirkətə 637,6 min manat ödəniləcək.
OXŞAR XƏBƏRLƏR