MİDA-nın "5 saniyə" əməliyyatı: həbs edilənlər var - DTX MƏLUMAT YAYDI

MİDA-nın "5 saniyə" əməliyyatı: həbs edilənlər var - DTX MƏLUMAT YAYDI
SOSİAL
09:38 15.04.2022
1572
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin "Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində "Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.

"Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək, - birgə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
12:29 01.09.2025
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
11:43 01.09.2025
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
11:38 01.09.2025
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
11:35 01.09.2025
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
11:28 01.09.2025
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
Azercell qadınlara növbəti dəstək proqramına start verir
11:22 01.09.2025
Azercell qadınlara növbəti dəstək proqramına start verir
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
11:16 01.09.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
Bu ərazilərdə qaz olmayacaq
11:14 01.09.2025
Bu ərazilərdə qaz olmayacaq
Hadisənin Paris tətilindən - FOTOLAR
11:13 01.09.2025
Hadisənin Paris tətilindən - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
11:05 01.09.2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
11:02 01.09.2025
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!