Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu”

Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu”
SOSİAL
16:42 29.12.2023
179
"2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu”.
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukda paylaşım edib.
 
Paylaşımda bildirilir:
 
"Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər.
Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşdük. 
 
Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq”.
OXŞAR XƏBƏRLƏR