Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi – FOTO

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi – FOTO
SOSİAL
12:45 04.05.2017
957

 

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.

 

 

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif Universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.

O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.


OXŞAR XƏBƏRLƏR