Mikayıl Cabbarov Cocuq Mərcanlıda

Mikayıl Cabbarov Cocuq Mərcanlıda
SİYASƏT
19:40 16.10.2017
1316
Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
 
AZXEBER.COM Lent.az-a istinadən məlumatına görə, əvvəlcə təhsil naziri Mikayıl Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olanların xatirəsini hörmətlə anıblar.
 
Daha sonra təhsil naziri kənddə inşa olunan şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb.
 
Təhsil naziri məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib. Nazir bidirib ki, bu tədris ilində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan təhsil naziri bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Təhs naziri Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların rahat şəkildə təlim və tədris prosesində iştirakının burada dinc və firavan həyatın təmin edilməsinə bariz nümunə olduğunu bildirib.
 
Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edildikdən sonra müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.
 
Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi ölkə Prezidenti cənab İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən tikilib.
 
Məktəbdə 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim çalışır. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağından ibarət məktəb binası lazımi avadanlıqlar, istilik sistemi və internetlə təchiz edilib.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"