Mikayıl Cabbarov: "İqlim dəyişikliyi "yaşıl iqtisadiyyat"ın inkişafını diktə edir"

Mikayıl Cabbarov: "İqlim dəyişikliyi "yaşıl iqtisadiyyat"ın inkişafını diktə edir"
İQTİSADİYYAT
11:12 09.09.2024
347
Dünyadakı iqlim dəyişikliyi, azalan təbii ehtiyatlar və artan tələbat "yaşıl iqtisadiyyat"ın inkişafını diktə edir.

AZXEBER.COM xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, öz növbəsində, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"dir. Bununla bağlı olaraq həyata keçirilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində müvafiq tədbirlərin icrası davam etdirilir", - deyə o qeyd edib.

"Yaşıl Dünya Naminə Həmrəylik ilində və COP29 ərəfəsində ölkəmizdə bu səpkidə mühüm tədbirlər keçirilir. Hazırkı konfrans da bunun davamı olmaqla aktual məsələləri əhatə edir. Ümumilikdə, ekoloji təmiz texnologiyaların tətbiqinin və "yaşıl" istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlərlə bağlı qarşıda mühüm vəzifələr durur. Bir sözlə, ətraf mühiti qorumaq prinsipi əsasında iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsinə nail olmalıyıq. Bu işdə isə özəl sektorun, xüsusilə kiçik və orta biznesin rolu böyükdür. Bugünkü konfransın əsas məqsədi məhz yaşıl iqtisadiyyata keçiddə yaşıl KOB konsepsiyasını təşviq etməkdir", - deyə nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır