Mikayıl Cabbarov: "Şərq-Qərb" dəhlizi ilə yük daşımalarında artım var"

Mikayıl Cabbarov: "Şərq-Qərb" dəhlizi ilə yük daşımalarında artım var"
SİYASƏT
12:12 23.11.2023
148
Bu ilin yanvar-sentyabr aylarında "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.

Nazir həmçinin qeyd edib ki, son 1 ildə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində artım qeydə alınıb: "O cümlədən, bu artım nəqliyyat-logistika sahəsində, tranzit daşımalarında qeydə alınıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və əks istiqamətdə yüklərin qısa müddətdə çatdırılmasına imkan yaradır ki, bu da daşımalara təsir göstərir".
OXŞAR XƏBƏRLƏR