"Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır”.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter” səhifəsində yazıb.
O, Türkiyənin Ticarət naziri Mehmet Muşla Samsunda görüşdüyünü yazaraq deyib: "Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır. Türkiyənin ticarət naziri Mehmet Muşla Samsun şəhərində keçirdiyimiz görüşdə qarşılıqlı ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyəti nəzərdən keçirdik, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”.