Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı

Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı
İQTİSADİYYAT
17:41 17.04.2020
1702
"Vergi Məcəlləsinə dəyişikliklər paketi  hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə  keçirilən videokonfransda məruzəsində deyib.

O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:

"Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi , əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində  tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə  endirilməsi, ictimai iaşə  və ölkədaxili sərnişindaşıma  fəaliyyəti üzrə  sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.
OXŞAR XƏBƏRLƏR