Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirdi

Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirdi
SİYASƏT
16:08 01.08.2022
346
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb. 

Bu barədə nazir "Facebook” səhifəsində məlumat verib.

"Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.
OXŞAR XƏBƏRLƏR