Mikayıl döyülməyindən danışdı

MAQAZİN
14:38 01.05.2014
2778
"Çəkilişlər maraqlı olsun deyə zarafatyana hazırladıq"
“Özüm Ağcabədiliyəm. Bütün dostlarım oradadır. Orada məni kim döyəcək?” Bunu ANS PRESS-ə “Space” televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu mətbuatda onun döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, aparıcısı olduğu verilişin son çəkilişləri Ağcabədi rayonunda çəkilib.
“Çəkilişlər maraqlı olsun deyə zarafatyana hazırladıq. Verilişin anonslarında da bunlar yer almışdı. Ola bilsin ona görə KİV-lərdə belə xəbərlər yayılıb. Məni heç kim döyməyib”, - deyə Mikayıl Güləddinoğlu bildirib.
Qeyd edək ki, mətbuatda Mikayıl Güləddinoğlunun Ağcabədi rayonunda aparıcısı olduğu verilişin çəkilişləri zamanı döyülməsi barədə xəbərlər yayılıb. Bildirilirdi ki, çəkilişlər zamanı gənc oğlanla əlbəyaxa olub.
OXŞAR XƏBƏRLƏR