Mikayıl məşhur gitara ifaçısının ölümündən DANIŞDI

Mikayıl məşhur gitara ifaçısının ölümündən DANIŞDI
MAQAZİN
15:41 08.09.2020
15662
Tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu gitara ifaçısı Nofəl Süleymanovun ölümü barədə danışıb.

AZXEBER.COM-un məlumatına görə, o, "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

"Bizim üçün çox ağır bir itki oldu, böyük qardaşım öldü. Hadisə 15 yaşlı oğlu Şövqinin ehtiyatsızlığından baş verib. Onlar bu gün bir yerdə rayona səfərə gedəcəkdilər.

Nofəl eyvanda siqaret çəkən zaman, oğlundan öv tüfəngini gətirməsini xahiş edib. Şövqi tüfəngi atasına gətirən zaman, ehtiyatsızlıqdan əli tətiyə dəyib.

Bu zaman açılan güllə nəticəsində Nöfəl dünyasını dəyişib. Hazırda meyit məhkəmə tibbi ekspertiza və patoloji anatomoya birliyinin morqundadır. Ağcabədidə dəfn olunacaq”.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında məşhur musiqiçinin Nizami rayonundakı mənzilində baş verib.

OXŞAR XƏBƏRLƏR