Mikayıl Mirzəzadə: “Xaricdə təhsil artıq alternativ deyil, strateji seçimdir”

Mikayıl Mirzəzadə: “Xaricdə təhsil artıq alternativ deyil, strateji seçimdir”
SOSİAL
12:18 06.01.2026
3254
"Son illər xaricdə təhsil yalnız regional deyil, həm də qlobal miqyasda ciddi dəyişikliklər mərhələsinə qədəm qoyub”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Ege Group” Xaricdə Təhsil və Karyera Mərkəzinin təsisçisi, təhsil eksperti Mikayıl Mirzəzadə deyib.

O qeyd edib ki, bu transformasiya tələbələr üçün yeni imkanlar yaratmaqla yanaşı, kompleks çətinliklər də ortaya çıxarır:
 
"Xaricdə təhsil prosesi yalnız qəbul mərhələsi ilə məhdudlaşmır. Tələbələr ilk 6-12 ay ərzində adaptasiya, akademik uğur və sosial inteqrasiya mərhələsindən keçir. Bu dövrdə tələbənin yeni mühitə uyğunlaşması, akademik nailiyyətləri və sosial inteqrasiyası onun gələcək təhsil və karyera perspektivlərini müəyyən edir. "Ege Group” olaraq biz tələbələrimizə yalnız qəbul mərhələsində deyil, bütün təhsil dövründə kompleks dəstək təqdim edirik. Bu dəstək yaşayış, sənədləşmə, adaptasiya, akademik dəstək, mentorluq və karyera planlamasını əhatə edir və tələbənin bütün təhsil yolunda yanında olmağı təmin edir”.

Onun sözlərinə görə, sektorda uğurlu olmaq istəyən şirkətlər yalnız qısamüddətli satışa fokuslanmamalıdırlar: "Xaricdə təhsil sektorundakı transformasiya həm yeni imkanlar, həm də struktur problemləri yaradır. Tələbələr və valideynlərin qarşılaşdığı əsas çətinliklərdən biri xidmətin mahiyyətinin yanlış anlaşılmasıdır. Çox hallarda tələbələr yalnız "müştəri” kimi qiymətləndirilir, akademik potensialları və gələcək karyera imkanları nəzərə alınmır. Nəticədə yanlış ixtisas seçimi, adaptasiya problemləri, yaşayış və sənədləşmə çətinlikləri ortaya çıxır. Hər bir tələbə üçün fərdi yanaşma, güclü sistem və strateji planlama tələbənin və valideynin uzunmüddətli faydasını təmin edir. Qlobal miqyasda dəyişən viza və yaşayış qaydaları da xaricdə təhsil prosesini mürəkkəbləşdirir. Türkiyə və digər yaxın regional bazarlar əlçatan olsa da, onlar da sürətlə yeni mərhələyə daxil olur. Bu vəziyyət tələbələr üçün seçim şərtlərini daha da çətinləşdirir və onları düzgün məlumat və strateji planlama olmadan səhv qərarlar verməyə məcbur edə bilər. Bazarda uğur qazanmaq istəyən hər şirkət tələbələrin uzunmüddətli akademik və karyera inkişafına cavabdehlik daşımalıdırlar. Hər bir tələbə bizim üçün yalnız rəqəm deyil. Onun akademik bacarıqları, maraqları, güclü və zəif tərəfləri analiz edilir və buna uyğun olaraq ölkə, universitet və ixtisas seçimi aparılır. Bu yanaşma tələbənin adaptasiya müddətini qısaldır, səhv addımların qarşısını alır və gələcək karyera imkanlarını maksimum artırır”.

Çin və digər yeni təhsil istiqamətlərinin açdığı imkanlara toxunan M.Mirzəzadə bildirir ki, Çin universitetləri yüksək keyfiyyətli təhsil, əlçatan qiymət və geniş karyera imkanları təqdim edir: "Tələbələr yalnız akademik bilik deyil, həm də real layihələrdə iştirak, qlobal şirkətlərlə əməkdaşlıq və texnoloji sahələrdə təcrübə imkanları əldə edirlər. Bu, onların yalnız Çində deyil, Orta Asiya, digər Asiya və Avropa ölkələrində də peşə imkanlarını genişləndirir. Çin istiqaməti həm tələbələrin beynəlxalq biznes şəbəkəsinə daxil olmasına şərait yaradır, həm də gələcək karyera perspektivlərini əhəmiyyətli dərəcədə artırır”.

Ekspert həmçinin diaspor və gənclər sektoru ilə bağlı fəaliyyətin biznesin strateji komponenti olduğunu vurğuladı: "Özbəkistan- Azərbaycan Gənclər Təşkilatı ideyası və digər diaspor layihələrimiz tələbələrin beynəlxalq inteqrasiyasına, əməkdaşlıq şəbəkəsinin qurulmasına və ölkəmizin dünya miqyasında tanınmasına real töhfə verir. Bu fəaliyyət həm də "Ege Group”un tərəfdaşlıq imkanlarını genişləndirir və tələbələrin yeni ölkələrdə adaptasiyasını asanlaşdırır. Bizim üçün diaspor fəaliyyəti sadəcə ictimai iş deyil, eləcə də strateji missiyadır və uzunmüddətli tərəfdaşlıq imkanlarını artırır” müsahibimiz vurğulayır.

Əlavə edir ki, xaricdə təhsil artıq alternativ deyil, strateji seçimdir: "Düzgün qərar yalnız peşəkar yanaşma, sistemli idarəetmə və fərdi diqqət üzərindən mümkündür. "Ege Group” olaraq bu prinsiplərə sadiq qalaraq tələbələrimizin həm akademik, həm də karyera baxımından ən yüksək nəticələr əldə etməsini təmin etməyə davam edirik. Məqsədimiz yalnız xidmət göstərmək deyil, uğurlu və peşəkar gələcək formalaşdırmaqdır. Gələcəkdə bazarda lider olmağın açarı kompleks təhsil menecmenti, etik məsuliyyət və şəffaf xidmət prinsiplərinə sadiqlikdir. Hər bir tələbənin uğuru bizim uğurumuzdur. Bizim strateji yanaşmamız tələbələrə yalnız akademik bilik deyil, həm də dünya miqyasında rəqabət qabiliyyəti, adaptasiya bacarığı və geniş karyera imkanları qazandırır. Xaricdə təhsil təkcə qəbul mərhələsi ilə ölçülməməlidir. Bu, tələbənin gələcək uğuruna edilən strateji investisiyadır” – deyə, Mirzəzadə fikrini yekunlaşdırır.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR