Şoumen dünya şöhrətli "Endemol Shine Group" ilə müqavilə imzalayıb. ATV telekanalında tezliklə başlayacaq verilişinin afişasını şəxsi instaqram hesabında izləyiciləri üçün yayımlayan aparıcı bu sözləri yazıb: "Komanda startdadır! Son illərin ən çox danışılan, dünya şöhrətli "Deal or No Deal" şousu Azərbaycana gəlir! Həyəcan dolu bu sualı verməyə çoxdan hazırlaşırıq. Davam, ya tamam? Cavabı gözləməyə dəyər!"
Qeyd edək ki, vaxtilə bu veriliş Space-in aparıcısı Mikayıl Güləddinoğlunun (onda M.Güləddinoğlu prodakşnla çalışırdı - C.) aparıcılığı ilə efirdə nümayiş olunmuşdu.
Maraqlıdır, görəsən, veriliş M.Güləddinoğlu ilə Murad Dadaşovu üz-üzə qoymayacaq ki?
Açıqlama verən M.Güləddinoğlunun cavabı belə oldu: "Murad Dadaşov sənəd-sübut əsasında bu layihəyə rəhbərlik edəcək. Amma mən vaxtilə bir podakşnın təqdimatında bu layihəyə aparıcılıq etdim. Ay yarımdan sonra prodakşnın rəhbəri mənə dedi ki, sən bu verilişi yarıtmırsan, çıxardılar, başqasını götürdülər. O da uğursuz alındı, veriliş bağlandı. Əslində sənədsiz-sübutsuz layihə idi. Sağ olsun, Murad Dadaşov mənə zəng elədi, dedi ki, belə bir layihəyə rəhbərlik edirəm, vaxtilə sən də bu adla layihədə aparıcı olmusan, nə deyirsən? Zəng etməyə də bilərdi, amma böyüklük nümayiş etdirdi. Bu hərəkəti ilə böyüklüyünün üstünə bir böyüklük də əlavə etdi. Mən ona uğurlar arzulayıram, bilirəm ki, uğur onunla olacaq. Çünki Murad Dadaşovun adı harada varsa, orada uğur var".
///publika.az