Mikroavtobus yük maşını ilə toqquşdu - 4 ölü, 7 yaralı

SOSİAL
10:36 13.05.2016
5459
Ələt Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.
APA.az

OXŞAR XƏBƏRLƏR