Mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada öldü

Mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada öldü
SOSİAL
10:55 22.08.2023
127
Sumqayıtda mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada ölüb.

Hadisə iyulun 30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Seyhun Əliyevin idarə etdiyi "Mercedes Sprinter” markalı mikroavtobus hərəkətdə olan zaman piyadalar - Raziyə Əhmədova və Mehparə Əhmədovanı vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Lakin R.Əhmədova avqustun 21-də müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR