Mila təqdimat etdi

MAQAZİN
12:40 02.03.2013
1672

Müğənni Mila musiqisi istedadlı bəstəkar Pərviz Mahmudova, sözləri isə Aygün İsmayılova məxsus “Yaşandı” adlı ifasına çəkdirdiyi klipi media əhlinə təqdim edib. 

İki üslubda yazılan mahının məhz lirik versiyasına ekran həyatı verilib.

Milanın sayca üçüncü klipi olan bu yeni işində nakam məhəbbətdən bəhs olunur. 2 günə reallaşan klipin süjet xətti boyunca kədər, tənhalıq və fəryad hissi əsas yer tutub. Deyəsən bayram qabağı ilk hədiyyə alan müğənni Mila olub. Çünki onun bu yeni işi ona təmannasız başa qəlib.

Müğənnin həmkarı Əbdül Xalid klipi bəyəndiyini söyləyib və Milaya xoş sözlərini ünvanlayıb. Təqdimatın sonunda şirin dəqiqələr yaşanıb. Belə ki, Mila gələn qonaqlarla birgə tort kəsib.

OXŞAR XƏBƏRLƏR