"Milan" "Barsa"ya "mən də varam" dedi 2:2 (NƏTİCƏLƏR)
İDMAN
02:22 14.09.2011
2118
UEFA Çempionlar Liqasında 2011-2012 mövsümünün qrup mərhələsinin oyunlarına start verildi. AZXEBER.COM Fanat.az-a istinadən xəbər verir ki, ənənəvi olaraq ilk oyun günündə 4 qrupun 8 qarşılaşması keçirildi.Günün oyunu hesab edilən "Barselona" - "Milan" matçında qalib müəyyənləşmədi. Oyunda hesabı ilk dəqiqədə qonaqlar - Aleksandr Pato açdı. Lakin bundan sonra üstünlüyə yiyələnən "Barsa" 36-cı dəqiqədə Pedro Rodriges, 51-ci dəqiqədə isə David Vilyanın qolları ilə hesabda önə keçdi. Buna baxmaryaq, "Milan" səfər oyununda xal qazanmaq istəyindən vaz keçmədi və əlavə vaxtın son dəqiqəsində Tiaqo Silvanın vurduğu qolla matçın nəticəsini müəyyənləşdirdi - 2:2.Günün daha bir maraqı qarşılaşması "Borussiya" (Dortmund) - "Arsenal" matçı hes-heçə başa çatdı - 1:1. "Arsenal" Robin van Persinin 42-ci dəqiqədə hesabı açdığı oyunda hesabı qoruya bilmədi və əlavə vaxtda İvan Perişiç bərabərlik qoluna imza atdı."Portu" "Şaxtyor" oyununda meydan sahibləri qələbə qazandı. Portuqaliyalıların heyətində Hulk 9-cu dəqiqədə penaltini qola çevirə bilmədi. Əvəzində Luis Adriano 12-ci dəqiqədə "Şaxtyor"u hesabda önə keçirdi. Lakin cəmi 16 dəqiqə sonra Hulk günahını yuyub, bərabərlik qoluna imza atdı. 40-cı dəqiqədə Yaroslav Rakitski meydandan qovulub, "Şaxtyor"u azlıqda qoydu. 51-ci dəqiqədə Kleber "Portu"nun qələbə qoluna imza atdı. 80-ci dəqiqədə isə Dmitri Qiqrinski qırmızı vərəqə almaqla, "Şaxtyor"un 9 nəfərlə qalmasına səbəb oldu.Rusiya "Zenit"i gözləntilərin əksinə olaraq Cənubi Kiprdən məğlubiyyətlə döndü. APOEL-in qolanı olan Sankt Peterburq təmsilçisi 63-cü dəqiqədə Konstantin Jiryanovla hesabı açdı. Lakin APOEL tezliklə özünə gəlib, 73 və 75-ci dəqiqələrdə Qustavo Manduka və Aylton Almeydanın qolları ilə üç xalı aktivinə yazdı. 76-cı dəqiqədə ikinci sarı vərəqəni alan Bruno Alves "Zenit"i azlıqda qoydu.Marsel "Olimpik"i gözlənildiyi kimi Yunanıstan səfərindən üç xalla döndü. "Olimpiakos"un qonağı olan marsellilər 51-ci dəqiqədə Luço Qonzalesin vurduğu qola qələbəni bayram etdi. 90+1-ci dəqiqədə Rod Fanninin qırmızı vərəqə alması da, "Olimpiakos"un köməyinə çatmadı."Çelsi" ev oyununda "Bayer"i məğlub etdi. 2004-2005 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasına qatılan Leverkuzen təmsilçisi səfər oyununda iki cavabsız qola üzüldü. 67-ci dəqiqədə David Luisin hesabı açdığı oyunda son nöqtəni əlavə vaxtda Xuan Mata qoydu.Çempionlar Liqasının sürpriz komandalarından olan "Viktoriya" və BATE-nin oyunu sülhlə bitdi - 1:1. Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Marek Bakos açsa da, 69-cu dəqiqədə Renan Bressanın qolu qonaqlara bir xal qazandırdı."Valensiya" isə asan qələbə qazanacağı gözlənilən Belçika səfərindən bir xalla döndü. "Genk"in qonağı olan "yarasalar" asan rəqib üzərində qələbə qazana bilmədi. 90 dəqiqə qapılara qol vurulmadı və qarşılaşma 0:0 hesabı ilə yekunlaşdı.Çempionlar Liqası2011-2012 mövsümüI tur13 sentyabrE qrupu Çelsi (İngiltərə) - Bayer (Almaniya) 2:0Qollar: David Luis, 67. Xuan Mata, 90+2.Genk (Belçika) - Valensiya (İspaniya) 0:0 F qrupuBorussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) 1:1Qollar: İvan Perişiç, 88 - Robin van Persi, 42.Olimpiakos (Yunanıstan) - Olimpik (Marsel, Fransa) 0:1Qol: Luço Qonzales, 51.G qrupuAPOEL (Kipr) - Zenit (Rusiya) 2:1Qollar: Qustavo Manduka, 73. Aylton Almeyda, 75 - Konstantin Jiryanov, 63.Portu (Portuqaliya) - Şaxtyor (Ukrayna) 2:1Qollar: Hulk, 28. Kleber, 51 - Luis Adriano, 12. H qrupuBarselona (İspaniya) - Milan (İtaliya) 2:2Qollar: Pedro Rodriges, 36. David Vilya, 51 - Aleksandre Pato, 1. Tiaqo Silva, 90+2.Viktoriya (Çexiya) - BATE (Belarus) 1:1Qollar: Marek Bakos, 45 - Renan Bressan, 69. 14 sentyabrA qrupuMançester Siti (İngiltərə) - Napoli (İtaliya) Vilyarreal (İspaniya) - Bavariya (Almaniya) B qrupuİnter (İtaliya) - Trabzonspor (Türkiyə)Lill (Fransa) - ÇSKA (Moskva, Rusiya)C qrupuBazel (İsveçrə) - Otelul (Rumıniya)Benfica (Portuqaliya) - Mançester Yunayted (İngiltərə) D qrupuAyaks (Hollandiya) - Olimpik (Lion, Fransa)