'Milan' braziliyalı ulduzunu itirdi

İDMAN
13:00 04.01.2013
1708

AZXEBER.COM-un verdiyi məlumata görə, braziliyalı forvard karyerasını vətənində davam etdirəcək.

23 yaşlı futbolçu “Korintians”a transfer olunub. “Rossonyerlər” bu keçiddən 15 milyon avro qazanıb. “7” nömrəli formanı geyəcək Pato tibbi yoxlamadan keçdikdən sonra 4 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, 2007-ci ildən “Milan”da çıxış edən Pato 150 oyunda meydana çıxıb və 63 qol vurub.

OXŞAR XƏBƏRLƏR