"Milan" İspaniya millisinin hücumçusunu transfer edib

İDMAN
18:59 19.07.2024
202
İtaliyanın "Milan" kollektivi İspaniya millisinin hücumçusu Alvaro Moratanı heyətinə cəlb edib.

31 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.

O, son olaraq İspaniya təmsilçisi "Atletiko"nun (Madrid) formasını geyinib. A.Morata ötən mövsüm meydana çıxdığı 48 matçda 21 qol vurub.

Forvard həmçinin Almaniyada keçirilən Avropa çempionatında 1 qolla yadda qalıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR