Dünən axşam UEFA Çempionlar Liqasının 1/18 final mərhələsi çərçivəsində iki cavab oyunu keçirilib.
Ilk qarşılaşmada öz meydanında "Arsenal"a 4:0 hesabı ilə qalib gələn İtaliya təmsilçisi "Milan", səfərdə məğlubiyyətlə üzləşsə də mərhələ adlayan komanda olub. Belə ki, dünən axşam Londonda keçirilən cavab oyununda öz qapısından 3 cavabsız top buraxan "Milan", antirekordun bir addımlığında olsa da, sonda əla müdafiə olunaraq sensasiyaya imkan verməyib. Rusiya təmsilçisi "Zenit" isə ilk qarşılaşmada öz meydanında 3:2 hesabı ilə məğlub etdiyi Portuqaliya "Benfika"sına səfərdə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.