Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüşlər keçirilib.
AZXEBER.COM-un məlumatına görə, “Milan” doğma meydandan “Barcelona”nı qəbul edib. Qrup mərhələsində də qarşılaşan komandalar bu dəfə yarımfinala çıxmaq uğrunda mübarizə aparıblar. Görüşdə hər iki tərəfin cəhtlərinə baxmayaraq oyunda hesab açılmayıb - 0:0.
Qeyd edək ki, 1/4 finalın digər oyununda, rəqib meydanında “Marsel”in qonağı olan “Bavariya” 2:0 hesablı qələbə qazanıb. “Bavariya”ya qələbəni gətirən qollar 44-cü dəqiqədə Mario Qomez və 69-cu dəqiqədə Ariyen Robbendən gəlib.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 3 və 4-də keçiriləcək.
Ozal İbrahimli