"Milan" və "İnter" oyunçularını dəyişdi

İDMAN
08:14 23.08.2012
1331

İtaliyanın iki nəhəng klubu "Milan" və "İnter" komandaları oyunçu dəyişikliyinə əl atıblar.

Klubların rəsmi saytılarına istinadən verilən məlumata görə, "Milan"dan Antonio Kasssano "İnter"ə, "İnter"dən isə Giampaolo Pazzini "Milan"a transfer olunub.

"İnter" klubu Kassanoyla 2014-cü ilə qədər müqavilə imzaladığını açıqlayıb. Lakin Pazzininin "Milan"da hansı müddətə çıxış edəcəyi haqda məlumat verilməyib. Bununla belə, "Milan"ın bu transferə görə"İnter"ə əlavə olaraq 7 milyon avro ödəcəyi bildirilir.

Qeyd edək ki, hər iki futbolçu artıq yeni komandaları ilə ilk məşqlərinə çıxıblar.

OXŞAR XƏBƏRLƏR