"Milan"ın aparıcı futbolçusu İngiltərə klubu ilə müqavilə imzaladı

İDMAN
18:50 03.07.2023
209
İngiltərənin "Nyukasl" klubu İtaliya "Milan"ından Sandro Tonaloni heyətinə qatıb.

23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya millisinin də formasını geyinən oyunçu ötən mövsüm A Seriyasında 34 matçda iştirak edib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR