İtaliyanın "Milan" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.
AZXEBER.COM-un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "Milan"ın müdafiəçisi Kevin-Prins Boatenq "Bavariya"nın transfer hədəfinə düşüb.
Münhen təmsilçisi qanalı futbolçunun transferi üçün 25 milyon avrosundan keçməyə hazırdır. Maliyyə problemi ilə üzləşən "Milan"ın da Boatenqi satmağa razı olduğu bildirilir. Tərəflər razılığa gələcəyi təqdirdə, Boatenq yanvar ayından "Bavariya"da çıxış edəcək.
Qeyd edək ki, Boatenqin "Milan"la 2014-cü ilə qədər müqaviləsi var.