İtaliyanın "Milan" klubunun futbolçusu Kayl Uolker əməliyyat olunub.
Bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun sağ dirsəyində sınıq aşkarlanıb. Əməliyyatın tam uğurla keçdiyi və 34 yaşlı müdafiəçinin dərhal reabilitasiyaya başlayacağı bildirilib.
Qeyd edək ki, K.Uolker cari mövsümdə "Milan"ın heyətində 12 oyun keçirib.