"Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Yarımmüdafiəçinin "Yuventus”a keçəcəyi gözlənilir.
Turin klubu 28 yaşlı serbiyalını heyətinə qatmağa yaxındır. Sergeyin xidmətində "Liverpul” da maraqlıdır.
Qeyd edək ki, Milinkoviç-Saviç mövsümün 46 oyununda 11 qol vurub.