Miller: Heç kim ABŞ ilə Qrenlandiya uğrunda mübarizə aparmayacaq

Miller: Heç kim ABŞ ilə Qrenlandiya uğrunda mübarizə aparmayacaq
SİYASƏT
12:14 06.01.2026
96
Donald Trampın siyasət və daxili təhlükəsizlik üzrə müşavir müavini Stiven Miller, Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu iddia etdi və heç kimin bu məsələdə ABŞ-la mübarizə aparmayacağını bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, CNN-ə danışan Miller, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra yenidən ortaya çıxan Qrenlandiya məsələsinə toxunub.

NATO maraqlarını qorumaq və Arktika bölgəsinin təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyanın ABŞ-nin bir hissəsi olması lazım olduğunu iddia edən Miller, "Əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti iddia edir?" deyə süzünə davam edib.

ABŞ-nin Qrenlandiyaya "mümkün hərbi müdaxiləsi" ilə bağlı suala gəldikdə isə Miller belə cavab verib: "Hərbi əməliyyat haqqında düşünməyə və ya danışmağa belə ehtiyac yoxdur. Heç kim Qrenlandiyanın gələcəyi üçün ABŞ-ilə hərbi şəkildə mübarizə aparmayacaq."

Gülay
OXŞAR XƏBƏRLƏR