Millət vəkili Qənirə Paşayeva Afrikan dövlətlərinin fəal qadınları ilə görüşlərini davam etdirib.
Millət vəkili bu dəfə Cənubi Afrika, Anqola, Kenya və Qananın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşüb.
Görüşdə Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumat verib, Dağlıq Qarabağın işğalından, qaçqın və məcburi köçkündən, torpaqlarımızın 20 faizinin işğalda saxlanılmasından, BMT qətnamələrinə əməl etməyən Ermənistanın uşaq və qadınlara qarşı hərbi təcavüzündən danışıb.
Görüşdə iştirak edən qadınlar Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək, münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyini önə çəkiblər.
Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.
///Axar.az