Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb

Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb
SİYASƏT
16:46 25.06.2018
4689
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır.

AZXEBER.COM bildirir ki, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva təşkilatın Strasburqdakı yay sessiyasınd Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələrdə deyib.

Qənirə Paşayeva bildirib ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib:

"Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik keçirilməsi ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞ PA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərin azad, ədalətli, demokratik, şəffaf keçirildiyini deyir, amma AŞ PA onların səslərini eşitmək istəmədi və istəmir. AŞ PA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir".

Millət vəkili qeyd edib ki, Azərbaycanda seçkilərdə əhali fəal iştirak edərək öz istədiyi namizədə azad səs verib: "Namizədlər üçün təbliğat-təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılıb. Qeyd edim ki, seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən "exit-pol"larda da Prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Dünya ölkələrinin, o cümlədən Avropa ölkələrinin rəhbərləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibətilə təbrik edib".

Qənirə Paşayeva AŞ PA-dakı həmkarlarını məsələyə daha həssas, obyektiv yanaşmağa çağırıb:

"Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də Assambleyamız ikili standartlara son qoyub Azərbaycana daha çox dəstək olmalıdır. Azərbaycanın Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq, bu, Azərbaycan qədər təşkilatımız üçün də çox önəmlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO