Qənirə Paşayeva AŞPA-nı Paşinyanın təxribatlarına laqeyd qalmamağa çağırıb
AZXEBER.COM xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsi məsələsini qaldırıb, bu qanunsuzluğa, təxribata sərt etirazını bildirərək Assambleyanı bu cür beynəlxalq hüquq normalarına, AŞPA sənədlərinə zidd addımları durdurmaq üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
"Ermənistan baş naziri Paşinyan öz oğlunu hərbi xidmət üçün Ermənistana deyil işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə buna qarşı ciddi addımlar atmaq lazımdır, AŞPA-nın bu barədə daha sərt mövqeyi olmalıdır" deyən millət vəkili Q.Paşayeva təşkilatı işğalçı Ermənistan rəhbərliyinin bu cür təxribati addımlarına laqeyid qalmamağa çağırıb.