Millət vəkili avtomobil qəzasına düşüb

DÜNYA
15:17 30.10.2019
4521

Türkiyə Böyük Millət Məclisinin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputatı Mahir Polat avtomobil qəzasına düşüb. 

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da İzmir əyalətinin Bayandır rayonunda baş verib.

Qəza nəticəsində millət vəkili yaralanıb. M.Polad Torbalı rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilib. 

M.Polat tədbirə gedirmiş. 

OXŞAR XƏBƏRLƏR